11 sentyabr 2019 13:44
78

Kiyevdə GUAM ölkələri arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq

Sentyabrın 12-13-də Ukraynanın paytaxtı Kiyev şəhərində GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 49-cu iclası keçiriləcək.

GUAM-ın Milli Əlaqələndiricilər Şurasından AZƏRTAC-a bildiriblər ki, iclasın ilk günü quruma üzv olan ölkələrin ekspertləri səviyyəsində müzakirələr aparılacaq. GUAM çərçivəsində siyasi, iqtisadi əməkdaşlığın perspektivləri, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin gücləndirilməsi müzakirə olunacaq.

Sentyabrın 13-də isə GUAM-a üzv olan ölkələrin Xarici İşlər nazirlərinin müavinlərinin iştirakı ilə iclasın rəsmi açılışı olacaq. Toplantıda Azərbaycanı Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.

İclasın sonunda protokol imzalanacaq.