15 avqust 2019 15:23
95

Kiyevin “Dinamo” klubunda yeni baş məşqçi

Kiyevin “Dinamo” futbol klubunun rəhbərliyi komandaya yeni baş məşqçini müəyyənləşdirib.

AZƏRTAC Sport.ua-ya istinadla xəbər verir ki, baş məşqçi vəzifəsinə komandanın idman direktoru Aleksey Mixailiçenkonun gətirilməsi üçün razılıq əldə edilib. Bununla bağlı yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Xatırladaq ki, A.Mixailiçenko 2002-2004-cü illərdə də Kiyev “Dinamo”sunun baş məşqçisi olub. Komandanın əvvəlki baş məşqçisi Aleksandr Xatskeviç dünən vəzifəsindən uzaqlaşdırılıb.