14 avqust 2019 13:23
253

Kleopatranın istifadə etdiyi ətir TAPILDI

Kleopatranın 2000 illik ətiri yenidən istehsal olunub.

"Ölkə.Az" xəbər verir ki, ətirləri çox sevdiyi deyilən Kleopatranın ətiri elm adamları tərəfindən yenidən istehsal edilib. Türkiyə mətbuatının yazdığına görə, Misirdəki arxeoloji qazıntılar zamanı bir ətir mağazası aşkar edilib. Mağazada latın əlifbası ilə hazırlanan ətir formulları tapılıb. Bu formulların Qədim Misir kraliçası Kleopatranın ətrinə aid olduğu məlum olub. ABŞ-ın iki professoru, 2000 illik reseptə əsasən mirr ağacı yağı, kardamom, zeytun yağı və darçından yeni ətir hazırlayıblar.