29 sentyabr 2020 15:01
823

Klublar cərimələndi

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Premyer Liqanın IV turu ilə bağlı birsıra qərarlar qəbul olunub.

“İki sahil” PFL-yə istinadən xəbər verir ki, “Səbail” – “Sabah” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Qonaq “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Keşlə” – “Zirə” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Neftçi” – “Qəbələ” oyununda oyun öncəsi təcili yardım nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub.