27 noyabr 2020 12:28
570

Klubların UEFA reytinqi açıqlandı

Avrokuboklarda qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra klubların yeni UEFA reytinqi açıqlanıb.

“İki sahil” qol.az-a istinadən  xəbər verir ki, cədvəldə müəyyən dəyişikliklər olub.

Avropanın ən yaxşı 100 komandası sırasında Azərbaycandan yalnız "Qarabağ" yer alıb. Ağdam təmsilçisi 21,000 xalla 65-ci yerə şərikdir.

"Qarabağ" ötən gecə “Sivasspor”a 2:3 hesabı ilə uduzduğu oyuna qədər 65-66-cı yerləri bölüşürdü. Artıq “Feyenoord” da təmsilçimizə şərik olub. Niderland klubu “Qarabağ” və “Styaua”ya (Rumıniya) çatıb.

Qeyd edək ki, reytinq cədvəlinə 124,000 xalla “Bavariya” başçılıq edir.