Daha bir Türkiyə klubunda koronavirusa yoluxma halı aşkarlanıb.
Apasport.az saytının məlumatına görə, TFF I liqa təmsilçisi “Menemenspor”da kütləvi yoluxma olduğu açıqlanıb.
Ümumilikdə 10 nəfərin testinin nəticəsi pozitiv çıxıb ki, onlardan 9-u akademiyanın futbolçularıdır. Digər bir nəfər isə klub işçisidir. Virusa yoluxan şəxslər öz evlərində karantinə alınıb.
Qeyd edək ki, Türkiyənin “Fənərbaxça”, “Qalatasatay”, “Trabzonspor” və “Ankaragücü” klublarında da koronavirusa yoluxma olub.