10 dekabr 2019 10:45
737

“KOB könüllüləri”nə sertifikatlar təqdim olunub 

1-9 dekabr Azərbaycanda “Könüllülük Həftəsi” çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) könüllü fəaliyyətini uğurla başa vurmuş məzun könüllülərə sertifikatlar təqdim edilib.

"İki sahil" xəbər verir ki, bununla bağlı təşkil olunmuş görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov məzun könüllüləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd olunub ki, gənclərin bilik və bacarıqlarının, dünyagörüşünün artırılması, peşəkar əmək fəaliyyətinə başlayanadək onlara əmək vərdişlərinin aşılanması, eləcə də sahibkarlara dəstək məqsədilə KOBİA-da "KOB Könüllüləri Proqramı" həyata keçirilir. İndiyədək Agentlikdə 100-ə yaxın gənc bu proqram çərçivəsində könüllü fəaliyyətinə cəlb edilib. Hazırda 32 könüllü gənc Agentlikdə və regionlardakı “KOB Dostu” ofislərində fəaliyyət göstərir. Proqramı müvəffəqiyyətlə başa vuran bir sıra gənclər dövlət və özəl qurumlarda işlə təmin edilib.