03 iyun 2020 14:55
798

KOB-lara xidmətlər göstərilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzində mikro, kiçik və orta sahibkarlar üçün “Korporativ hüquq” mövzusunda fərdi məsləhət xidmətləri keçirilib.

"İki sahil" xəbər verir ki, 2 gün davam edən məsləhət xidmətlərindən əsasən Quba, Xaçmaz və Şabran rayonlarından olan KOB-lar yararlanıblar. KOB-lara biznes hüququ, işəgötürmənin hüquqi əsasları, MMC-lərin yaradılması üçün elektron müraciət, fərdi sahibkarlıqdan MMC-yə keçid və digər mövzular üzrə məsləhət xidmətləri göstərilib.

Sahibkarların təsərrüfatlarında keçirilən “Kənd təsərrüfatı (bitkiçilik)” üzrə məsləhət xidmətləri çərçivəsində isə KOB-lar meyvə bağlarında torpağın münbitliyi, yüksək məhsuldarlıq üçün əkin və suvarma sistemlərinin tətbiqi, gübrələrdən istifadə kimi məsələlərlə bağlı peşəkar ekspertlərin məsləhətlərindən yararlanıblar.