19 sentyabr 2019 14:47
586

KOBİA NRYTN ilə birgə startapları dəstəkləyir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə mikro və kiçik sahibkarlara, xüsusilə də startaplara dəstək göstərir.

AZƏRTAC xəbər verir ki, bu barədə KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov sentyabrın 19-da keçirilən IX Beynəlxalq “Caspian Energy Forum Baku – 2019”da deyib.

O bildirib ki, KOBİA bu istiqamətdə intensiv fəaliyyətini davam etdirir.