11 iyun 2019 11:42
292

Kölgədə 50 dərəcə isti - Bu ölkədə "cəhənnəm istiləri" var

Səudiyyə Ərəbistanına kəskin isti siklonu daxil olub.

Trend-in məlumatına görə, ölkənin şərqində kölgədə hərarətin 50 dərəcəyə qədər yüksəldiyi qeydə alınıb.

Krallıqda açıq havada quraşdırılmış elektron termometrlərdə havanın hərarəti 55 dərəcə isti göstərir.

Bununla belə, Səudiyə Ərəbistanının cənub-qərbi və şimalında, o cümlədən Məkkə və Mədinədə isə sinoptiklər yağış, Qırmızı dəniz sahillərində isə güclü külək proqnozu verilib.