28 may 2020 10:00
1150

Konteynerlərlə “Azərbaycan” sözü yazılıb

Bakı Limanının quru yük terminalında konteynerlərlə “Azərbaycan” sözü yazılıb

28 May - Respublika Günü ilə əlaqədar Bakı Limanının quru yük terminalında 54 konteynerdən istifadə olunaraq “Azərbaycan” sözü yazılıb.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən bildirilib ki, hər bir hərif 23 metrdən hündür olmaqla, 7 metrədək ərazini əhatə edir. Əlavə olaraq COVID-19 zamanı ümumrespublika birlik simvoluna çevrilən “#BizBirlikdəGüclüyük” həştəqi, dövlət bayrağımız və Bakı Limanının loqosunun əks olunduğu konteynerlər də kompozisiyanı tamamlayıb.

Xatırladaq ki, “#BizBirlikdəGüclüyük” kampaniyası çərçivəsində Bakı Limanı tərəfindən limanın yerləşdiyi Ələt qəsəbəsində yaşayan 300 ailəyə ərzaq yardımı olunub.