24 sentyabr 2019 12:01
577

Koreya Respublikasında təqaüd proqramı elan edilib

Koreya Respublikası tərəfindən 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edilib.

Təhsil Nazirliyindən bildiriblər ki, bakalavriat səviyyəsi üzrə elan olunmuş təqaüd proqramına oktyabrın 18-dək müraciət etmək olar.

Proqramda iştirak etmək istəyənlər sənədlərini oktyabrın 18-dək Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış olmaq mümkündür.

Elan Təhsil Nazirliyinin saytında verilib.