23 yanvar 2021 00:58
780

"Kornella" "Barselona"ya da çətin anlar yaşatdı

"Barselona" İspaniya kubokunun 1/16 finalında səfərdə 3-cü liqa təmsilçisi "Kornella" ilə qarşılaşıb.

"İki sahil" xəbər verir ki, matçın əsas vaxtında qalib müəyyənləşməyib. Növbəti mərhələyə adlayacaq komadanın adına əlavə olunmuş 30 dəqiqədə aydınlıq gəlib. Kataloniya klubu rəqibini  2:0 hesabı ilə məğlub edərək çətinliklə 1/8 finala çıxıb. Xatırladaq ki, "Kornella" 1/32 finalda La Liqanın lideri "Atletiko"nu məğlub edərək (1:0) mübarizədən kənarlaşdırıb. 

"Kornella" - "Barselona" - 0:2
Qollar: Dembele, 92, Braytuayt, 120