16 mart 2020 17:41
1113

Koronavirus şübhəsi ilə karantində olanların sayı açıqlandı

“İndiyə qədər xəstəlik aşkar olunmadığı üçün 711 nəfər karantindən evə buraxılıb, hazırda karantində 560 nəfər var”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında koronavirusla bağlı mübarizə sahəsində görülən işlər, mövcud durum vəziyyət barədə məlumat verərkən bildirib.

O bildirib ki, ümumilikdə 25 nəfərdə koronavirus aşkarlanıb: “Onlardan 7 nəfərdə inkubasiya dövrü bitib və onlar sağalaraq evə buraxılıblar”.