26 fevral 2020 11:49
1482

Koronavirus təhlükəsi sarımsağı bahalaşdırdı

Rusiyada sarımsağın qiyməti kəskin artıb. 

"Report" bu barədə yerli mətbuata istinadən xəbər verir. 

Məlumata görə, əgər yanvar ayında Rusiyada 1 kiloqram sarımsağı 230-235 rubla almaq mümkün idisə, hazırda qiymət 260-270 rubl civarındadır. Son 1 ildə isə qonşu ölkədə sarımsaq 30-40% bahalaşıb. 

Ekspertlər hesab edirlər ki, mövcud vəziyyət sarımsaq qıtlığı ilə bağlı deyil. Çində yayılmış koronavirusun Rusiyaya keçmək təhlükəsi bu məhsula tələbatı kəskin artırıb.