08 aprel 2020 15:11
1367

Koronavirusa yoluxan Esra Balamirdən xəbər var - FOTO

Türkiyəli model, teleaparıcı Esra Balamir bu yaxınlarda müayinə etdirərək “Covid-19”a yoluxduğunu açıqlamışdı. Evində müalicə alan Esra Balamir izləyicilərinə “yaxşıyam” mesajını verib.

“İki sahil” xəbər verir ki, 20 gündür karantində olan Esra Balamir maraqlananları üçün açıqlama verib. Koronavirusa qarşı müalicəsini davam etdirən E.Balamir izləyicilərinə, evdən çəkdiyi video ilə artıq sağalmağa başladığını söyləyib.

Balamir son vəziyyəti ilə bağlı bunları dedi: “Hər gün daha yaxşı hiss edirəm. Allaha şükür ki, hərarətim düşməyə başladı. İnşallah növbəti testim də müsbət olacaq. Bu müddətdə evdə qalmağa davam edəcəyəm və xəstəliyim bitmədən çölə çıxmayacam. Xahiş edirəm yaxınlarınız üçün evdə qalmağa davam edin. Allah hamını qorusun.”

Model koronavirusa yoluxduqdan sonra “Dərmanı hər gün qapıya gətirdilər. Hər gün zəng edirdilər. Hətta psixoloji dəstək üçün zəng etdilər, çox maraqlandılar" deyib.