18 mart 2020 10:26
1967

Koronavirusa yoluxmuş aktrisa xəstəxanaya buraxılmayıb - FOTO

Koronavirusa yoluxmuş məşhur aktrisa Olqa Kurilenko xəstəxanaya aparılmayıb.

"İki sahil" xəbər verir ki, bu barədə Hollivud ulduzu özünün “İnstagram” hesabında yazıb. Onun sözlərinə görə, tibbi müəssisələr dolub. Bu səbəbdən xəstəxanalara ancaq vəziyyəti ağır olanlar buraxılır.

“Mənə dedilər ki, halım pisləşərsə təcili yardıma zəng edim”, - deyə Kurilenko bildirib. O, vurğulayıb ki, virusa harada yoluxduğunu bilmir.