17 mart 2020 15:19
2256

Koronavirusdan Hadisəyə 1 milyon zərbə - FOTO

Çinin Wuhan şəhərində başlayan və demək olar ki, bütün dünyaya yayılan koronavirus səbəbiylə konsertlərini ləğv edən məşhur adlar iqtisadi cəhətdən zərər görüblər.

“İki sahil” xəbər verir ki, Çində aşkar olunan və bütün dünyanı təsiri altına alan koronavirusun Türkiyəyə də getməsinin ardından məşhurlar bütün konsertlərini ləğv ediblər.

Koronavirusa qarşı mübarizə aparanlardan biri olan türkiyəli müğənni Hadisə böyük iqtisadi ziyan görüb. Hadisənin 1 milyon TL ziyan görüb.

Müğənniliyi və şəxsi həyatı ilə sosial mediya gündəmindən düşməyən Hadisə bu günə qədər 9 konsertini ləğv edib.

Qeyd edək ki, iki konsertini ləğv edən Ebru Gündeş 600 min TL, Ajda Pekkan 4 konsertdən 1 milyon TL alacaqdı.