25 iyun 2020 17:37
378

Koronavirusun peyvəndi ilin sonuna hazır olacaq

Pandemiyanın sürəti getdikcə artır. Avropada vəziyyət yaxşılığa doğru getsə də, qlobal vəziyyət ürəkaçan deyil. “İki sahil” Trend-ə istinadən xəbər verir ki,  bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib. Onun sözlərinə görə, artıq bir peyvənd sınaq mərhələsindədir. 2020-ci ilin sonuna kimi bu peyvəndin əlçatan ola biləcəyi gözlənilir. H.Harmancı əlavə edib ki, bu yaxınlarda Azərbaycana yeni fərdi qoruyucu vasitələr gətirilib. Bundan sonra ölkəyə daha iki partiya qoruyucu vasitələr gətiriləcək. Hande Harmancı deyib ki, son 14 gündə Azərbaycanda COVİD-19-a yoluxma sayında 50 faiz artım olub.

Onun sözlərinə görə, hazırda ən vacib tədbir fiziki məsafənin qorunmasıdır: “Mən COVİD-19-un təhlükəsini dərk edən insanlara müraciət edərək demək istəyirəm ki, bilgilərinizi yalnız özünüz üçün saxlamayın. Bu barədə digər insanlara da məlumat verin”.