19 yanvar 2021 14:30
551

Koronavirusun yeni növü daha bir ölkədə aşkar edildi

"İki sahil" "Maghreb Arabe Presse"ə istinadən xəbər verir ki, yeni bir tip COVID-19 -un yeni növünə yoluxma hadisəsi Mərakeşin şimalındakı Tangier şəhərinin limanında aşkarlanıb.

Belə ki,İrlandiyadan qayıdan  gənc Fransanın "Marsel" limanından keçən bir gəmi ilə evinə dönərkən,koronavirusa yoluxub. Lakin həmin şəxsdə  xəstəlik əlamətlərinin olmamasına baxmayaraq həmin gənc indi  Kasablankada təcrid olunmuş vəziyyətdədir.

Son məlumatlara görə, Mərakeşdə 460 mindən çox koronavirus hadisəsi qeydə alınıb. Pandemiya dövründə ölkədə 7.977 nəfər ölüb, eyni zamanda, 345 mindən çox xəstə isə sağalaraq evlərinə dönüb.