08 aprel 2020 12:50
1211

Koronavirusundan şübhələnən aktyorun səhhəti yaxşıdır - FOTO

Türkiyəli aktyor Kıvanç Tatlıtuğ koronavirusundan şübhələndiyindən ötən həftə qaldığı xəstəxanadan evə qayıdıb.

“İki sahil” xəbər verir ki, koronavirus sınağı neqativ olan, lakin sətəlcəm diaqnozu qoyulan Kıvanç Tatlıtuğ müalicəsindən sonra xəstəxananı tərk edib.

Jurnalistlərə görünməmək üçün gecə saatlarında xəstəxanadan ayrılan 36 yaşlı aktyor Kemerburgazdakı evində istirahət edəcək. Tatlıtuğ koronavirus epidemiyasından qorunmaq üçün evdə karantin altında qalmağa davam edəcək.

Xəstəxana müddətində məşhur aktyordan heç ayrılmayan həyat yoldaşı Başak Tatlıtuğ üzvi və təbii məhsullarla hazırlayacağı yeməklərlə Tatlıtuğun müalicəsini dəstəkləyəcək.

Qeyd edək ki, 36 yaşlı ulduzun səhhətinin yaxşı olduğu öyrənilib.