19 avqust 2019 17:18
2232

Körpə qoxusu insanı niyə xoşbəxt edir?

Emosional və fiziki cəhətdən 5 duyğu insanlara fərqli hisslər yaşadır. Xüsusi ilə hadisələrin yada salınması, xatırlanması üçün ətirlər əvəzsizdir. Bir insanın qoxusu əsasən də körpə qoxusu tam fərqli olur. Bu ətir bizi xoşbəxt edir. Bəs bunun səbəbi nədir?

Xüsusilə yeni doğulan körpənin qoxusu anaları xoşbəxt edir. Ana olmayanlara belə bu ətir müsbət təsir edir. Anatomiya üzrə professor Johannes Frasnelli bu möhtəşəm qoxunu araşdırıb. Yeni doğulan körpə qoxusunun nevroloji təsirləri barədə elmi tədqiqatlar aparıb. Yeni ana olmuş 15 və heç ana olmamış eyni sayda qadınlar üzərində aparılıb. Bu zaman 30 xanım maqnit rezonans tomoqrafiyasından keçirilib. Nəticədə iki günlük körpənin qoxlanması zamanı anaların beyinlərinin fəaliyyəti, beyninlərində baş verən müsbət dəyişiklik müşahidə olunub. Analoji hal heç ana olmayanlarda da qeydə alınıb. 

Müşahidələr zamanı körpə iyinin xüsusi ilə beynin serebral hissəsinin stimullaşdırdığı aydın görülüb.

Körpə ətri ana-bala münasibətini gücləndirir

Professor Johannes Frasnelli deyir ki, analar doğuşdan sonra bütün yükün üzərlərinə düşdüyündən şikayətlənir. Lakin körpənin anaya özündən sonra ən böyük hədiyyəsi məhz onun qoxusudur. Uşaq ətrinin xoşbəxtlik gətirən, rahatlandırıcı və sevindirici təsirləri əsirlərdir öz möcüzəsini saxlayır.

Röya Rasimqızı,

“İki sahil”