23 avqust 2019 16:28
565

Kovaç: 47 yaşım var və cəmi 10 dəfə...

“Bavariya”nın baş məşqçisi Niko Kovaç spirtli içkilərə münasibətindən danışıb.

"İkisahil" Qol.az-a istinadəb xəbər verir ki, xorvatiyalı mütəxəssis bu cür içkilərə meyilli olmadığını deyib:

“Mən əvvəllər sərxoş olmuşam. Amma çox az. Sayını barmaqla göstərə bilərəm. 47 yaşım var və cəmi 10 dəfə sərxoş olmuşam. Dincəlmək üçün ailəmlə daha çox vaxt keçirirəm”.