22 iyul 2019 15:07
822

Krakovda multikultural küçə festivalı keçirilib

Polşanın Krakov şəhərində ənənəvi multikultural küçə festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, festivalda müxtəlif xalqlar, o cümlədən Azərbaycandan olan rəqs, təsviri sənət, mətbəx nümunələri nümayiş olunub.

Festival çərçivəsində nümayiş olunan milli nümunələr, habelə kulinariya işləri də satışa çıxarılıb. Balacalar üçün isə müxtəlif master-klaslar təşkil edilib. Festival 2 gün davam edib və əhali tərəfindən böyük maraqla izlənib.