21 yanvar 2020 17:15
1070

Krneta yenidən "Zirə"də

"Zirə" növbəti transferini həyata keçirib.

"İki sahil" Bakı təmsilçisi Yovan Krneta ilə bu mövsümün sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, 27 yaşlı serbiyalı müdafiəçi 2015-18-ci illər aralığında "Zirə"nin şərəfini qoruyub. O, həmçinin, ölkəsinin "Teleoptik", "Srvena Zvezda", "Sopot", "Radinçki", Ukraynanın "Çernomorets və Yunanıstanın "Levandiakos" klublarının şərəfini qoruyub.

Qol.az