24 iyun 2020 15:31
219

Kultura.uz: “Faşizm üzərində qələbə: Azərbaycanın real töhfəsi”

Özbəkistanın kultura.uz portalında “Faşizm üzərində qələbə: Azərbaycanın real töhfəsi” sərlövhəli məqalə verilib.

AZƏRTAC xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə dərc edilən məqalədə Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycanın rolu haqqında geniş söhbət açılır. Bildirilir ki, Qələbənin təmin edilməsində Azərbaycan neftinin rolu əvəzsiz olub. 1941-ci ilin sonunda Azərbaycanın zavodlarında 130 növ müxtəlif silah və sursat istehsal edilib və cəbhəyə göndərilib.

Yazıda bildirilir ki, Bakı limanında gəmilər və sualtı qayıqlar təmir edilib, zavodlarda tanklar istehsal olunub. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə Azərbaycan kimyaçıları 38 növ sürtgü yağı, təyyarələr üçün 9 növ benzin, 8 cür dizel yanacağı, həmçinin məşhur “Molotov kokteyli” istehsal ediblər.