10 mart 2020 16:59
2217

Küre dağları Milli Parkı havadan belə göründü - FOTO

Küre Dağları Milli Parkı Türkiyənin Qara dəniz bölgəsinin qərbindəki Küre dağlarında yerləşən milli parkdır.

“İki sahil” xəbər verir ki, park Kastamonu və Bartın əyalətlərinin sərhədlərində yerləşir. Milli parkın ətrafındakı inzibati mərkəzlər Azdavay, Pınarbaşı, Ulus, Kurucaşile, Amasra və Cidedir. 2000-ci ildə 37 min 753 hektar ərazisi olan milli park elan edilən Küre Dağları Milli Parkı Avropadakı 13 xüsusi məkandan biri seçilib. Küre Dağları Milli Parkı baş ofisi Avstriyada olan “Avropa Səhralar Cəmiyyəti” tərəfindən 2019-cu ildə platin sertifikatına layiq görülüb.

Bir çox endemik bitki və heyvan növlərini ehtiva edən Küre Dağları Milli Parkına 100 min yerli və xarici turist gəlib.

Küre Dağları Milli Parkı Müdirliyi milli parkın Kastamonu Pınarbaşında yer alan dünyanın ikinci ən dərin kanyonu sayılan Valla kanyonu, Muratbaşı Müşahidə terrası, Horma kanyonu və Bartının Ulus mahalındakı sərhədlərdə olan Kemerli Mağarasını, Delikli Kayanı havadan çəkib.

Təbii gözəllikləri pilotsuz təyyarələrlə-dronlarla qeydə alınan yeni görüntüləri Küre Dağları Milli Parkının sosial media hesablarında yayımlanıb.