28 iyun 2019 16:31
1405

Kursun dinləyicilərinə sertifikatlar təqdim olunub - FOTO

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində (TTSİ) ISO/IEC 17025:2017 “Sınaq və kalibrasiya laboratoriyalarının yetərliliyi üçün ümumi şərtlər standartı” kursunun dinləyicilərinə sertifikatların təqdimetmə mərasimi keçirilib.

Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov mərasimdə çıxış edərək kursu uğurla bitirən dinləyiciləri təbrik edib, onlara çalışdıqları sahədə uğurlar arzulayıb.

SOCAR-ın Ekologiya İdarəsinin rəisi Azər Əliyev və Türk Standartları İnstitutunun Azərbaycan Nümayəndəliyinin rəhbəri Gülhan Arzu Yüzereroğlu çıxışlarında kursun əhəmiyyətindən, dinləyicilərin əldə etdikləri yeni bilik və məlumatların onların gələcək fəaliyyətlərindəki rolundan bəhs ediblər.

Kursda iştirak etmiş Ekologiya İdarəsinin 18 nəfər və Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin 11 nəfər mütəxəssisinə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, ISO/IEC 17025:2017 “Sınaq və kalibrasiya laboratoriyalarının yetərliliyi üçün ümumi şərtlər standartı” kursunun məqsədi SOCAR-ın laboratoriyalarında tətbiq olunan İSO/IEC 17025:2017 “Sınaq və kalibrasiya laboratoriyalarının yetərliliyi üçün ümumi şərtlər” beynəlxalq standartının qurulması, idarəetmənin planlaşdırılması və tətbiq edilməsi, eləcə də texniki şərtlərin müəyyən edilərək nəzarət edilməsi üçün iştirakçılara yeni məlumatlar verməkdən və onların biliklərini təkmilləşdirməkdən ibarətdir.

Orxan Vahidoğlu, “İki sahil”