Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
01 oktyabr 2020 10:53
667

Kyoko Yamamotodan Azərbaycana dəstək

Yapon müğənni Kyoko Yamamoto "Facebook" sosial şəbəkəsində Azərbaycana dəstək nümayiş etdirib.

"İki sahil" xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat yayıb.

“İlk dəfə Azərbaycana 2014-də getmişəm və Nar bayramında iştirak etmişəm. Mən nar şirəsinin eksportuna başlamaq, narı bir simvol kimi tanıtdırmaq istəyirdim.

2018-ci ildə yenidən Azərbaycana getmişəm və Heydər Əliyevin anım mərasimində iştirak etmişəm. Azərbaycan ərazicə böyük olmasa da, böyük ürəyə sahibdir. Azərbaycanın musiqisinə, mədəniyyətinə aşiqəm. Arzu edirəm ki, Azərbaycana sülh qayıtsın. Yaşa, Yaşa, Azərbaycan!”, - müğənni bildirib.