23 yanvar 2020 17:24
1373

La Liqadan "Qarabağ"a

Ovusu Kvabena rəsmən "Qarabağ"da!

"Qarabağ" qış transfer pəncərəsində ilk transferini reallaşdırıb.

“İki sahil” kluba istinadən xəbər verir ki, Ağdam klubu İspaniya La Liqasında çıxış edən "Leqanes"ln forvardı Ovusu Kvabenanı heyətinə qatıb.

22 yaşlı forvardla 3,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, mövsümün ilk yarısını icarə əsasında İspaniyanın "Kordoba" klubunda keçirən qanalı futbolçu 17 oyunda 6 qola imza atıb.

O.Kvabena ölkəsinin əsas millisində 4 oyuna çıxıb.