04 iyul 2020 10:14
1490

Latın Amerikası Avropanı geridə qoydu

Koronavirus pandemiyası başlayandan bəri ilk dəfə olaraq Latın Amerikası ölkələri yoluxma hallarının sayına görə Avropanı geridə qoyub.

AZƏRTAC AFP agentliyinə istinadla xəbər verir ki, Cənubi Amerika ölkələrində ümumilikdə 2 milyon 730 min yoluxma halı rəsmi şəkildə qeydiyyata alınıb. Avropada isə bu göstərici 2 milyon 700 minə yaxındır.

Qitələrarası müqayisədə Şimali Amerika mənfi rekorda başçılıq edir. Burada 2 milyon 800 mindən artıq yoluxma halı mövcuddur ki, onun da təkcə 2,7 milyonu ABŞ-ın payına düşür.

Bütün dünya üzrə yoluxma hallarının sayı artıq 10,9 milyona çatıb, indiyədək 521 mindən artıq şəxs COVID-19 xəstəliyindən həyatını itirib.