26 fevral 2020 11:00
1364

Latviyada güclü külək 700-dək ailəni elektrik enerjisiz qoyub

Latviyada güclü külək səbəbindən elektrik xətlərinin sıradan çıxması nəticəsində “Sadales tīkls” şirkətinin təxminən 700 müştərisi elektriksiz qalıb.

Bu barədə şirkətin nümayəndəsi İnqa Tilhena bildirib. Gecə elektrik xətlərinin sıradan çıxması halı daha çox Lanqale əyalətində qeydə alınıb.

“Sadales tīkls” güclü külək nəticəsində qırılmış naqillərə yaxınlaşmamaq xəbərdarlığı edib. Bu barədə 8404 və ya 112 telefon nömrələrinə zəng edərək dərhal şirkətə və ya Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verməyi xahiş edib.

Şəbəkələrə ciddi ziyan Siqulda, Madona, Krimulda bölgəsi və Liepaya şəhərlərində dəyib. //AZƏRTAC