07 aprel 2020 10:24
840

Latviyada koronavirusa yoluxanların sayı 542 olub

Latviyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 9 nəfər artaraq 533-dən 542-yə çatıb.

Bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 21 min 453 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 773 nəfərdən 9-nun analiz nəticəsi müsbət çıxıb.

Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, ölkədə bu günədək koronavirusdan 1 ölüm faktı qeydə alınıb. //AZƏRTAC