16 avqust 2019 12:06
92

Latviyanın Azərbaycana təyin olunan yeni səfirinin adını açıqlanıb

Latviya hökuməti Azərbaycan, Niderland və NATO-dakı yeni səfirlərinin adlarını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Latviyanın ölkəmizdəki yeni səfiri Daynis Qarançs olacaq. O, bu postda 2015-ci ildən bəri fəaliyyət göstərən Yuri Maklakovsu əvəz edəcək.

Daynis Qarançs indiyədək Ukrayna, Özbəkistan, Polşa, Qazaxstan və İsveçdə ölkəsini təmsil edib.

Latviyanın Niderlanddakı səfiri isə Ayqa Liepinya, NATO-dakı daimi nümayəndəsi Edqars Skuya olacaq. Hər üç diplomata Latviya Prezidentinin etimadnaməsi təqdim olunub.