12 may 2019 20:28
87

Latviyanın “Metta” klubu azərbaycanlı futbolçunu təhqir etdiyinə görə cəzalandırılıb

Latviyanın “Metta” futbol klubu bu ölkənin “Dauqavpils” klubunun hücumçusu Vüqar Əsgərova olunan təhqirə görə Latviya Futbol Federasiyasının intizam komissiyası tərəfindən cəzalandırılıb.

AZƏRTAC xəbər verir ki, “Metta”nın nümayəndəsi Aleksandr Mixelsonun Vüqar Əsgərovun ünvanına işlətdiyi təhqiramiz ifadələr kluba 350 avro cəza şəklində geri qayıdıb. Hadisə martın 3-də “Metta” ilə “Dauqavpils”in oyunu zamanı baş verib. Həmin oyunda Vüqar Əsgərovun komandası onun uğurlu oyunu sayəsində rəqibinə qalib gəlib.

“Metta”nın baş məşqçisi Andris Rixert də azərbaycanlı oyunçudan klub nümayəndəsi adına üzr istəyib.

Xatırladaq ki, Vüqar Əsgərov bu mövsümdə Latviyanın ən yaxşı oyunçularından biri hesab olunur. Onun hesabında 8 oyundan 6 qol var.