Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
25 sentyabr 2020 13:31
318

“Legiya” –“Qarabağ”matçının hakimləri bilindi

"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində Polşada "Legiya" ilə keçirəcəyi matçın hakimləri açıqlanıb.

“İki sahil” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyunu Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Tobias Stieler görüşün baş hakimi olacaq. Ona yan xətt hakimləri Kristian Qittelmann və Rafael Foltin köməklik edəcək. Dördüncü hakim funksiyasını Daniel Şlager yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 1-də Polşanın paytaxtı Varşavada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.