16 may 2019 16:44
986

Lempard Londonun “Çelsi” klubuna başçılıq edə bilər

“Derbi” klubunun baş məşqçisi Frenk Lempard Londonun “Çelsi” klubuna başçılıq edə bilər.

O, italyan Mauritsio Sarrini əvəzləyə bilər.

“Çelsi” İngiltərə çempionatında üçüncü yeri tutub. Klub Avropa Liqasının finalında Londonun “Arsenal” klubu ilə qarşılaşacaq. Matç mayın 29-da Bakıda keçiriləcək.

“Derbi” isə növbəti mövsümdə İngiltərə Premyer-Liqasında iştirak etmək hüququ uğrunda mübarizə aparacaq.