18 aprel 2019 21:14
152

Lənkəran rayonunda top mərmisi aşkarlanıb

Aprelin 18-də saat 13:46-da Dövlət Sərhəd Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA)

Lənkəran rayonunun Sütəmurdov kəndində bir ədəd top mərmisinin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan bildirilib ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun, DSX-nin və Daxili İşlər Nazirliyinin Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Qurumun, DSX-nin və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları qeyd olunmuş əraziyə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis və sərhədçilər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd 125 millimetrlik top mərmisi (BM-17) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mərminin ətrafında 300 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.