Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkil etdiyi “Yay məktəbi” layihəsi işini uğurla davam etdirir.
Hər il olduğu kimi, bu il də “Yay məktəbi” ölkəmizin gözəl guşələrindən olan Lerik rayonundakı “Relax” istirahət mərkəzində təşkil olunub. Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən "Gənc liderlərin "yay məktəbi" layihəsinin II Lerik turu start götürüb.