15 noyabr 2019 21:24
1075

Lerikin 3 kəndinə təbii qaz verilib

Noyabrın 15-də Lerik rayonunun Cənginəvud, Vizəzəmin və Peştətük kəndlərinə təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, Cənginəvud kəndində 48, Vizəzəmində 79, Peştətükdə isə 49 fərdi ev “mavi yanacaq”la təmin olunub. Ümumilikdə, Cənginəvuddə 3898 metr, Vizəzəmində 6926 metr, Peştətük kəndində isə 4940,5 metr uzunluğunda müxtəlif diametrli polad və polietilen daşıyıcı qaz xətləri çəkilib, fərdi evlərin hər birinə sayğaclar quraşdırılıb.