13 yanvar 2021 20:06
243

LG-də zəhərlənən fəhlələr xəstəxanalara yerləşdiriliblər

Cənubi Koreyanın qabaqcıl texnologiya şirkəti olan LG-nin ekran istehsal edən zavodunda zəhərli maddə sızıntısından 7 nəfər zəhərlənib.

"İki sahil" xəbər verir ki, hadisə paytaxt Seulun şimalındakı Pacu şəhərində günorta saatlarında baş verib. Çip istehsalında istifadə oluna hidroksid tetrametilammonium maddəsinin sızıntısı zəhərlənməyə səbəb olub. Güman olunur ki, təxminən 300 litr maddə boruların birləşməsindən sızıb. Zəhərlənmə faktı aşkarlandıqdan 25 dəqiqə sonra sızıntı dayandırılıb. Zəhərlənən fəhlələr xəstəxanalara yerləşdiriliblər.

LG şirkəti bədbəxt hadisəyə görə üzrxahlıq edib və məsələnin araşdırılması istiqamətində səlahiyyətli qurumlarla əməkdaşlığa hazır olduğunu bildirib.