29 oktyabr 2020 10:15
1528

Limonun faydaları saymaqla bitmir

C vitamini deyildikdə, ağla ilk gələn limon həzm sistemindən dəriyə qədər sağlamlıq üçün faydalıdır. Mütəxəssislər tərəfindən limonun qabığı və yağı, ən az suyu qədər tövsiyə olunur.

Rahatlaşdırır

Sitrus ətri narahatlıq səviyyəsini azaldaraq sinir sistemini sakitləşdirir və gərgin bir günün ağırlığını aradan qaldırmağa kömək edir. Gecələr yatarkən bir parça limonu və ya limon yağını pambıq parçaya damladaraq yatağınızın yanına qoya bilərsiniz.

Konsentrasiya səviyyəsini artırır

Bəzilərimizə məlumdur ki, mütəmadi olaraq limon qoxulamaq zehni işləri sürətləndirir və yaddaşı gücləndirir. Yapon alimlərinin apardıqları  araşdırmaya görə ofisdə və limon qoxusu olan məktəb mühitində insanlar daha az səhv etdikləri üçün səmərəli işləyirlər.

Havanı mikroblardan təmizləyir

Limon gecə saatlarında otağınıza xoş bir ətir verməklə yanaşı, həm də antibakterial xüsusiyyətləri ilə otağın havasını təmizləyir və daha az xəstələnmənizə kömək edir.

Yüksək qan təzyiqi üçün yaxşıdır

Bu faydası hər kəsə məlum olmasa da,  limon qoxusu qan təzyiqini aşağı salmaqla hipertenziyanın qarşısını aldığını bilirdinizmi?

Həşəratlara son

Limon insanlara faydalı olduğu qədər qarışqa, milçək, ağcaqanad və böcəklərdən qənimidir. Odur ki, otağınıza qoyduğunuz bir limon dilimi ilə həm zərərli kimyəvi maddələrə pul xərcləməkdən qurtulacaqsınız, həm də həşəratlardan...

Samirə İsmayılova, “İki sahil”