20 sentyabr 2019 15:50
547

Lionda naməlum şəxs küçədən keçənlərə atəş açıb

Fransanın Lion şəhərində naməlum şəxs küçədən keçən insanlara atəş açıb. Nəticədə iki nəfər yaralanıb. Polisin həyata keçirdiyi əməliyyatdan sonra həmin şəxs saxlanılıb və mənzilində axtarışlar aparılıb.

Hadisə yeri mühasirəyə alınıb və yaxınlıqdakı liseydə təhlükəsizliyi təmin etmək üçün şagirdlər sinif otaqlarında saxlanılıb.