07 aprel 2020 10:21
857

Litvada da koronavirusa yoluxanların sayı artıb

Litvada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 32 nəfər artaraq, 811-dən 843-ə çatıb.

Bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 25 min 599 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 1954 nəfərdən 32-nin analiz nəticəsi müsbət çıxıb.

Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, ölkədə bu günə qədər koronavirusdan 14 ölüm hadisəsi qeydə alınıb. //AZƏRTAC