02 aprel 2020 09:59
1232

Litvada koronavirusa yoluxanların sayı 581 nəfərə çatıb

Litvada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 44 nəfər artaraq 581-ə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 12 min 574 nəfər müayinə olunub.
Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 1849 nəfərdən götürülən analizin 44-nün nəticəsi müsbət çıxıb. Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, ölkədə bu günə qədər koronavirusdan 8 ölüm hadisəsi qeydə alınıb.