09 fevral 2020 13:43
385

Litvalı deputat: Seçkilərə hazırlıq peşəkar şəkildə aparılıb

Litva Seyminin deputatları, Litva-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri Simulik Valerijus və onun müavini Vaicekauskas Gintaras 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 22 saylı seçki məntəqəsində səsvermə prosesini izləyiblər.

Simulik Valerijus APA-ya açıqlamasında bildirib ki, seçkilərə hazırlıq peşəkar şəkildə aparılıb.

“Bizə namizədlərin 21 faizinin qadın olduğu barədə məlumat verilib. Bu, sevindirici haldır. Çünki harada qadın varsa, orada sülh var. Eyni zamanda seçkilərdə 19 partiyanın namizədlərinin iştirakı da çox yaxşıdır. Rəqabət həmişə ən yaxşını seçməyə fürsət yaradır. Biz ötən gün bir neçə rayonda olduq. Seçkilərə hazırlıq peşəkar şəkildə aparılıb”, - deyə litvalı deputat qeyd edib.