09 avqust 2020 03:15
1003

Livan ordusu iğtişaşları yatırıb

Avqustun 8-də günorta saatlarında Beyrutda başlayan iğtişaşların qarşısı alınıb.

AZƏRTAC LBCI telekanalına istinadla xəbər verir ki, Livan ordusu nümayişçiləri Xarici İşlər və İqtisadiyyat nazirliklərinin binalarının qarşısından uzaqlaşdırıb. Hazırda paytaxtın Şəhidlər meydanında sabitlik hökm sürür.

Telekanal Livan Qırmızı Xaç Cəmiyyətinə istinadla xəbər verir ki, iğtişaşlarda 490 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bir polis əməkdaşı həlak olub, onlarla asayiş keşikçisi isə yaralanıb.