25 iyun 2020 12:18
1185

“Liverpul" "Kristal Pelas"a 4 verdi - VİDEO

İngiltərə Premyer Liqasında “Liverpul” öz meydanında "Kristal Pelas"a 4-0 qalib gəlib.

“Anfield” stadionunda oyuna sürətli başlayan “Liverpul” 23-çü dəqiqədə  Alexander Arnoldun vurduğu qolla önə keçib. “Liverpul” misirli futbolçusu Məhəmməd Salahın 44-cü dəqiqədə vurduğu qolla 2-ci hissəni üstün bitirib. Fabio 55-ci dəqiqədə üstünlüyü 3-0-a çatdırıb. Oyunun 69-cu dəqiqədə Mane son nöqtəni qoyub - 4-0.