30 may 2020 10:48
938

“Liverpul” Timo Vernerin transferini bitirmək üzrədir

İngiltərənin “Liverpul” futbol klubu Almaniyanın “Leyptsiq” komandasının hücumçusu Timo Vernerin transferini bitirmək üzrədir.

İngiltərə təmsilçisi 24 yaşlı hücumçuya illik 10 milyon avroya qazanacağı 5 illik müqavilə təklif edib. Almaniyalı futbolçunun yaxın günlərdə “Liverpul”la rəsmi müqavilə imzalayacağı iddia olunub.

Xatırladaq ki, T.Verner cari mövsümdə 39 matçda 30 qol vurub və 12 məhsuldar ötürmə edib. //AZƏRTAC