15 avqust 2019 10:37
186

"Liverpul" UEFA Superkubokunun qalibi oldu

Dünən UEFA Superkubokunun qalibi bəlli olub. 

Qol.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində keçirilən görüşdə iki ingilis klubu üz-üzə gəlib.

Ötən mövsüm Çempionlar Liqasını qazanan “Liverpul”la Avropa Liqasının qalibi “Çelsi” qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada da komandalar hərəyə bir dəfə fərqləndiyinə görə qalib penaltilər seriyasında müəyyənləşib. On bir metrlik zərbəni daha dəqiq yerinə yetirən "Liverpul"a 5:4 qalib gəlib. "Çelsi"də Temmi Abrahamın vurduğu penaltini qapıçı Adrian qaytarıb.

Beləliklə, "Liverpul"  14 ildən sonra Superkuboku başı üzərinə qaldırıb. Komanda sonuncu dəfə 2005-ci ildə bu kuboku qazanmışdı.

14 avqust

UEFA Superkuboku

23:00. “Liverpul” (İngiltərə) – “Çelsi” (İngiltərə) - 2:2 (penaltilər seriyası - 5:4)
Qollar: Jiru, 36 (0:1), Mane, 48 (1:1), 95 (2:1), Jorjinyo, 101-pen (2:2)
Baş hakim: Stefani Frappar (Fransa)
İstanbul. “Vodafon Park” stadionu